2024-cü ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 62,2 milyard manatlıq, o cümlədən 34,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 28,1 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2023-cü illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 faiz, qeyri-ərzaq malları üzrə 6,3 faiz artıb.
Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:
Məhsul qruplarının adları | Satışdan gəlir,
milyon manat |
2023-cü ilə nisbətən, faizlə | Məhsul qrupları üzrə ticarət dövriyyəsinin yekunda xüsusi çəkisi, faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 62 202,9 | 103,9 | 100,0 |
o cümlədən: | |||
ərzaq məhsulları | 31 408,1 | 102,3 | 50,5 |
içkilər və tütün məmulatları | 2 726,5 | 99,6 | 4,4 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar | 9 048,4 | 105,8 | 14,5 |
elektrik malları və mebellər | 3 018,3 | 107,1 | 4,8 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 727,4 | 111,8 | 1,2 |
əczaçılıq məhsulları və tibbi ləvazimatlar | 1347,6 | 97,6 | 2,2 |
avtomobil benzini və dizel yanacağı | 3423,1 | 106,8 | 5,5 |
digər qeyri-ərzaq malları | 10 503,5 | 107,2 | 16,9 |
2024-cü ildə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,5 faizi ərzaq məhsullarının, 4,4 faizi içkilər və tütün məmulatlarının, 14,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,5 faizi avtomobil benzini və dizel yanacağının, 4,8 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,9 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat ilində qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki illə müqayisədə real ifadədə 3,9 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil edib.
2023-cü illə müqayisədə 2024-cü ildə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 8,6 faiz, fərdi sahibkarlar üzrə 1,8 faiz, bazar və yarmarkalarda isə 3,4 faiz artıb.
Hesabat ilində pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 508,0 manatlıq, o cümlədən 278,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 229,2 manatlıq qeyri-ərzaq malları alıb.