Ölkəmizdə gözlənilən orta ömür uzunluğu davamlı olaraq artmaqdadır.
65 və yuxarı yaşda əhalinin sayı 2018-ci ilin əvvəlindəki 648,2 min nəfərdən 32,6 faiz artaraq, 2023-cü ilin əvvəlinə 859,4 min nəfərə çatıb.
Hesablamalara əsasən, 2050-ci ildə 65 yaş və həmin yaş üzərində olan şəxslərin əhali tərkibində xüsusi çəkisi 17,8 faizə yüksələcək.
Qeyd edək ki, 2021-də bu göstərici 7,5 faiz idi, bu il isə 8,5 faizdir.