8 C
Baku
Monday, November 18, 2024

Azərbaycanda 7 ay ərzində işlə təmin olunanların sayı açıqlanıb

Yanvar-iyul aylarında 233,1 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, onlardan 99 min nəfəri münasib işlərlə təmin edilib, 3,2 min şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub.

Qeyd olunan dövrdə Agentlik tərəfindən 10,1 min işsiz şəxs üçün peşə hazırlığı kursları təşkil edilib, 120,8 min şəxsə isə peşəyönümü xidmətlər göstərilib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər