Hava nəqliyyatı ilə 2282,0 min və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,7 faiz çox sərnişin daşınmış, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
Banker.az DSK-ya istinadən xəbər verir ki, bu nəqliyyat növü ilə yükdaşıma 4,2 faiz azalaraq 223,5 min ton olub.
Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşıma xidmətləri 2025-ci ilin iyul ayında əvvəlki aya nisbətən 5.7% ucuzlaşıb.
Bu ilin iyul ayında hava nəqliyyatı ilə sərnişin daşınması xidmətləri illik müqayisədə 9.7% ucuzlaşıb, yanvar-iyul ayında isə 6.5% bahalaşıb.