-1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda 7 faizlik inflyasiya baş verə bilər – Ekspert

“Əvvəllər Mərkəzi Bank tərəfindən manatın məzənnəsi müəyyənləşdirilən zaman milli valyutanın yalnız dollara birbaşa kursu da dəqiqləşdirilirdi”.

Bunu açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov söyləyib.

Ekspert qeyd edib ki, bundan sonra manatın məzənnəsinin müəyyənləşdirilməsi zamanı valyuta səbətindən istifadə olunacaq: “Bu səbətin özəlliyi ondan ibarətdir ki, məzənnə yalnız dollarla deyil, həm də avro ilə birbaşa müəyyənləşdiriləcək. Əslində valyuta səbətinin təklif edilməsi, hələlik manatın dəyərsizləşməsi anlamına gəlməməlidir. Bu səbətlə manatın məzənnəsi müəyyənləşdirilən zaman avronun qiymətinin də nəzərə alınması birmənalı şəkildə manatın yumşaq devolvasiyasına səbəb ola bilər. Hazırda MB məzənnə və valyuta siyasətini davam etdirir. Hələlik bu siyasətin dəyişdiriləcəyi ilə bağlı rəsmi açıqlama yoxdur”.

Ekspert qeyd edib ki, manatın məzənnəsinin aşağı düşməsi müəyyən qədər ixracın stimullaşdırılmasına və dövlət büdcəsinə daha çox gəlirin daxil olmasına səbəb ola bilər: “Eyni zamanda bunun təhlükəli sosial tərəfləri də var. Bu da əmək haqları və pensiyaların dollara nisbətən dəyərinin azalması ilə bağlıdır. Əgər manatın yumşaq devolvasiyası həyata keçirilərsə, MB bu il üçün müəyyənləşdirdiyi infilyasiya hədəflərinə nail ola bilməyəcək. Bu da göstərir ki, Azərbaycanda uzun müddətli infilyasiyanın baş verəcəyi qaçılmazdır. Əgər MB 2015-ci ildə 2 faizlik inflyasiya proqnozlaşdırırdısa, bu prosesdən sonra infilyasiyanın səviyyəsi 7 faizə qədər yüksələ bilər. Manatın devolvasiyası digər sahələrdə də qiymət artımına səbəb olacaq. Bunlara baxmayaraq, MB məzənnə siiyasətini davam etdirir. Buna görə də devolvasiyanın davam edib-etməyəcəyi məlum deyil”.

SalamNews

Son xəbərlər
Digər xəbərlər