10 mart 2022-ci il saat 14.00-da “Azenco” ASC-də səhmdarların növbədənkənar illik ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Cəmiyyətin idarə heyətinin illik hesabatı.
2. Cəmiyyətin illik hesabatının (balansın) təsdiqi.
3. Cəmiyyətin müşahidə şurasının hesabatı.
4. Cəmiyyətin maliyyə-təftiş komissiyasının hesabatı.
5. Cəmiyyətin idarə heyətinin, müşahidə şurasının və maliyyə-təftiş komissiyasının yeni tərkiblərinin seçilməsi.
6. Cəmiyyətin maliyyə nəticələrinin müzakirəsi və mənfəətin bölüşdürülməsi.
7. Cari məsələlər.
Yığıncaq Mingəçevir şəhəri, Dövlət Dram Teatrının binasında keçiriləcəkdir. Qeyd edək ki, iclasda iştirak edəcək şəxslərin COVID-19 pasportunun, yaxud immunitet sertifikatına malik olmaları vacibdir.
Xatırladaq ki, “Azenco” ASC 2002-ci ildə yaradılıb, Azərbaycanın aparıcı enerji-tikinti şirkətidir. Onun nizamnamə kapitalı 6 837 298 manatdır. Şirkət “Azenco” Group” MMC-yə daxildir. Bu holdinq “Expressbank” ASC-nin səhmlərinin təxminən 48.8%-nə nəzarət edir.