6 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda 7 şirkətə mühasib tələb olunur, əmək haqqı: 1000 – 1500 AZN

1. Böyük Mühasib – “ANC GROUP” MMC
Öhdəliklər:
  • Mühasibat uçotunu bilməli
  • Vergi məcəlləsi və digər qanunvericiklik aktlarını bilməli
  • İdarəetmə və tez/sərbəst qərar vermək qabiliyyəti
  • Ofis proqramlarını yaxşı səviyyədə bilməli
  • İşgüzar, məsuliyyətli, ünsiyyətcil və təzyiq altında işləməyi bacarmalı
Əsas tələblər:
  • Satış və satış maya dəyərinə nəzarət
  • Xərclərə/digər gəlirlərə və təh-təl hesab şəxslərə nəzarət
  • Kassa və bank əməliyyatlarına nəzarət
  • Tədarükçülərlə üzləşmə və malların sayımına nəzarət
  • Əsas vəsaitlərə nəzarət
  • Maliyyə hesabatlarının (maliyyə vəziyyəti, mənfəət/zərər, pul hərəkəti) yığılması
  • Vergi uçotuna nəzarət
  • Mühasiblərin işlərinə nəzarət
  • Mal material ucotuna nəzarət
  • Ali təhsil
  • Müvafiq sahədə minimum 3 il uş təcrübəsi
  • Beynəlxalq mühasibat uçotu (İFRS) sertifikatları olanlara üstünlük verilir
  • Pərakəndə sektorunda təcrübəsi olanlara üstünlük verilir
İş qrafiki: 6 günlük iş qrafiki
Əmək haqqı : 1,500 AZN

Maraqlanan şəxslər CV formalarını “subject” (mövzu) qismində “Böyük Mühasib” qeyd  etməklə [email protected] elektron poçt  ünvanına göndərə bilərlər.


2. Mühasib “QOÇ ƏT” MMC

Tələb olunan öhdəliklər və vəzifələr: 

  • Cins: ancaq xanım
  • Yaş həddi: 35 qədər
  • Təhsil : Ali
  • İş təcrübəsi: 1-2 il
  • Rəsmi hesablamağı bacara bilsin, rəsmi hesabatı bilsin mühasibatda
  • Ofis proqramlarını bilməli
  • İş qrafiki: 09:00dan – 18:30 dək
  • Əmək haqqı: 500AZN
  • Nahar şirkət tərəfindən verilir

Ünvan: Nərimanov m. Çapayev küçəsi

Maraqlanan namizədlər öz cv-lərini Subject/mövzusunda “Mühasib  qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.


3. Mühasib – BOSSON MMC 

  • Yaş həddi: orta yaşlı
  • Təhsil: Ali
  • Təcrübə: mütləqdir
  • Bilikli, diqqətli və bacarıqlı olsun
  • İş qrafiki və əmək haqqı: müsahibə əsasında

Maraqlanan şəxslər cv-lərini  [email protected] elektron poçr ünvanına göndərə bilərlər. Xahiş olunur mövzu qismində Mühasib “qeyd edilsin.


4. Baş mühasib – MZ ECLUSİVE
Namizədə Tələblər:
  • Müvafiq sahədə ən azı 5 illik iş təcrübəsi
  • MS Office (Word, Excel) yüksək səviyyədə bilmək
  • 1C 8.3 mühasibat proqramında yüksək işləmə bacarığı
  • Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
  • Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq;
  • Problemləri həll etmək bacarığına malik olmaq;
  • Verilmiş tapşırıqları vaxtında icra etmək
Vəzifələr:
  • Debitor və kreditorlarla hesablaşmaların aparılması, elektron qaimələrin yazılması və vaxtaşırı üzləşmə aktlarının tərtib olunması,
  • ƏDV uçotunun aparılması, depozit, VHF və ƏDV bəyannaməsinin tərtib olunması
  • Bütün bank əməliyyatları və xarici köçürmələrin icara edilməsi  və bank çıxarışlarının işlənməsi
  • Əmək haqqının uçotu
  • Əsas vəsiatlərin uçotu
  • Malların anbar uçotu (mədaxil, məxaric, inventarizasiya və sair)
  • İdxal əməliyyatlarının uçotu. (yük gömrük bəyannaməsi uçotu, idxal olunan malın maya dəyərinin hesablanması və sair)
  • Qeyri rezidenlərlə əməliyatların uçotu  (öhdəliklərin müəyyən olunması, ödənməsi, bununla bağlı vergilərin hesblanması, tutulması və siar)
  • Maliyyə hesabatlarının hazırlanması (Mənfəət və Zərər, Pul vəsaitlərinin hərəkəti və sair)
  • Dövlət orqanlarına aylıq və rüblük (ƏDV, DSMF, Statistika və sair)  hesabatların hazırlanması

Əmək haqqı: 1000 – 1500 AZN

Maraqlanan şəxslər CV-lərini “mövzu” qismində “Baş mühasib ” qeyd  etməklə [email protected] elektron poçt  ünvanına göndərə bilərlər.


5. Baş mühasib – Beta Tea Azerbaycan

İş barədə məlumat:
  • Müəssisənin əsas fəaliyyət sahəsi:  istehsal, idxal və ticarət
  • Mühasibat , vergi uçotu  və  DSMF,  Statistika  ilə bağlı əməliyyatlar
  • Vergi orqanları ilə yazışmalar
  • Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi,
  • E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək  bacarığı.E-portal  proqramı ilə işləmək  bacarığının  olması.
  • Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
  • Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
  • DSMF hesabatlarının (B1, B3) hazırlanması və təqdim edilməsi
  • Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
  • Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
  • BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək
  • İş qrafiki: bazar ertəsi – şənbə: 08:30-18:00
Namizədə tələblər:
  • Qadın namizəd
  • Ali təhsilli
  • B1-B3,  Microsoft Office proqramlarını bilmək
  • 1 C 7.7  və 1 C 8.2 v 8.3 proqramında sərbəst işləmək təcrübəsi
  • e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək
  • Mühasibat sahəsində ən az 5 il iş təcrübəsi
  • Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması
  • Balansın çıxarılması

CV-lərinizi foto ilə birlikdə [email protected] ünvanına “Baş Mühasib başlığı altında göndərməyiniz xahiş olunur. Əks təqdirdə cv-lərə baxılmayacaq.


6. Vergi və mühasibatlıq üzrə Baş Mütəxəsisİş öhdəlikləri:

Aşağıda sadalanan işlərin təşkili və idarə edilməsi:

Mühasibatlıq üzrə
• Təqdim edilmiş sənədlər əsasında xərclərin və gəlirlərin uçotunun aparılmasının;
• Balans hesablarının idarə edilməsi, mühasibat baş kitabının aparılması;
• Pul vəsaitlərinin hərəkəti və bank qalıqlarına nəzarətin qurulması;
• Debitor və kreditorların uçotunun təşkili;
• Tələb olunarsa, rub sonu və il sonu mühasibat proseslərinin həyata keçirilməsi, mühasibat hesabatlarının hazırlanmasının təşkil edilməsi;
• Əməkhaqqı cədvəllərinin hazırlanması, əməkdaşların gəlir vergisinin, sosial sığorta haqlarının hesablanması;

Vergi hesabatları
• ƏDV, Mənbədə vergi, mənfəət vergisi və dəgər vergi hesabatlarının hazırlanması və təqdim edilməsi;
• Əsas vəsaitlərin reyestrinin aparılması, mənfəət vergisi məqsədləri üçün amortizasiyanın hesablanması;
• Səyyar vergi yoxlamalarının aparılmasına yardım, yoxlama ilə tələb olunan məlumatların təqdim edilməsi;
• Vergi orqanları ilə vergi ödənişlərinin üzləşməsinin aparılması, electron şəxsi vərəqənin düzgünlüyünə nəzarət;
• Vergi məsələlərinə dair vergi orqanları ilə yazışmaların aparılması;

Digər
• Gündəlik məsələlərlə bağlı müştərilər ilə əlaqə saxlamaq;
• Uzunmüddətli və ya qısamüddətli plan-proqnozların tərtibedilməsində iştirak etmək;
• Müştərilərə daxili nəzarətin qurulmasında və gücləndirilməsində kömək etmək;
• Şirkət daxili digər bölmələrlə (vergi, audit, hüquq) sıx əlaqədə işləmək, qarşılıqlı yardımı təmin etmək;

Namizədlərə tələblər:

• Mühasibat uçotu, maliyyə, audit, iqtisadiyyat və ya riyaziyyat üzrə universitet təhsili;
• Mühasibat uçotu sahəsində və mühasibat proqram paketlərindən istifadədə ən azı 5 il iş təcrübəsi;
• Ümumi qəbul olunmuş mühasibat uçotu prinsiplərini dərindən bilmə;
• Tələb olunan zaman müştərilərlə görüşmək, görülmüş və görüləcək işlər barədə məlumat vermək;
• Yaxşı ünsiyyət, yazı və vaxt idarəetmə bacarıqları; e-poçt vasitəsilə müştərilər ilə ünsiyyət etmək qabiliyyəti;
• Mükəmməl MS Excel bilikləri və Office proqramlarından istifadə etmə bacarıqları;
• Azərbaycan dilində səlis nitq və yazışma aparma qabiliyyəti; İngilis və Rus dillərini bilmə üstünlük hesab ediləcək;
• Professional etika və müsbət şəxsi keyfiyyətlər.

Maraqlanan namizədlərdən öz yenilənmiş CV-lərini [email protected] electron poçtuna göndərmələri xahiş olunur.


7. Mühasib – Hi-Tech Solutions
İş barədə məlumat– Mühasibat , Vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
– Vergi orqanları ilə yazışmalar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı. E-portal proqramı ilə işləmək bacarığının olması
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının (B1, B3) hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı işlərdə birbaşa iştirak etmək
– İş qrafiki: Bazar ertəsi – cümə: 09:00-dan 18:00-dək
Namizədə tələblər– Qadın namizəd
– B1-B3, Microsoft Office proqramlarını bilmək
– 1C proqramında sərbəst işləmək təcrübəsi
– e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək
– Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması
– Balansın çıxarılması

Son xəbərlər
Digər xəbərlər