6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda 7 şirkət ləğv olunduğunu elan etdi – Üç eyni ünvandadırlar

Azərbaycanda üç eyni ünvanda 7 şirkət ləğv olunduğunu elan edib.

Banker.az-ın əldə etdiyi məlumata görə, “R Machinery” MMC (VÖEN: 1503649841), “R Logistic” MMC (1503649711), “R Service” MMC (1503647981) ləğv olunduğunu elan edib. Hər üç şirkət eyni ünvandadır və kreditorların iki ay ərzində tələblərini AZ1069 Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 52, mənzil 154 ünvanına bildirmək hüququna malik olmaları ilə bağlı elan verilib. Hər üç şirkət 2017-ci ildə təsis edilib, qanuni təmsilçiləri Rəşad İbrahimov Hüseyn oğludur.

“Lk Engineering” MMC (150355552), “Lk logistic” MMC (1503554861) ləğv olunduğunu elan edib. Kreditorlar iki ay ərzində tələblərini AZ1110 Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev küçəsi, ev 79/2, mənzil 50 ünvanına bildirə bilərlər.

“Finance standart” MMC (1502449311), “M financial Group” MMC (1502447731) ləğv olunduğunu elan edir.  Kreditorlar iki ay ərzində tələblərini AZ1110 Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 2, mənzil 17 ünvanına bildirə bilərlər.

Son xəbərlər
Digər xəbərlər