“Bu günə qədər Avropa İttifaqı ölkələrindən Azərbaycan iqtisadiyyatına 20 milyard avro investisiya yatırılıb”.
Banker.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Avropa İttifaqı biznes forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Aİ Azərbaycanın strateji ticarət tərəfdaşlarındandır:
“Azərbaycanda 700-dən çox Aİ şirkəti fəaliyyət göstərir”.
Nazir əlavə edib ki, 2022-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında ticarət dövriyyəsinin artması gözlənilir.
O bildirib ki, 2022-2026-cı illəri əhatə edən strateji plana uyğun olaraq Azərbaycanda kiçik və orta biznesin ÜDM-də payı 60 faiz, məşğulluqda 70 faiz, qeyri-neft ixracında 40 faiz olacaq.