Bu ilin yanvar-avqust ayları ərzində 10 min 234 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 36.8% çoxdur.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.
Dövlət Xidmətinin məlumatına əsasən, həmin kommersiya qurumlarının 71.3%-i elektron qaydada, 28.7%-i isə kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb.