7 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda 8 ayda sahibkarlar istehlakçılara 285 min manat vəsait qaytarıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda lazımi keyfiyyətdə olan, lakin istehlakçıların tələblərini ödəməyən, həmçinin qüsurlu malların qaytarılması, bağlanılmış müqavilələrin ləğv edilməsi və digər hallarla bağlı təmin olunmuş 1 508 müraciət üzrə 284 575 manatadək vəsaiti sahibkarlar istehlakçılara qaytarıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

“Sahibkarların müştəriyönümlü fəaliyyətinin təşkili, istehlakçı-lar və biznes subyektləri arasında əlaqələrin genişləndirilməsi istiqamətində Dövlət Xidmətinin həyata keçirdiyi tənzimləyici tədbirlər istehlakçıların maraqlarının qorunmasına töhfə verir”, – deyə məlumatda qeyd olunub.

Mənbəreport
Son xəbərlər
Digər xəbərlər