“Azərbaycanda təxminən 8 min nəfər milyonçu var. Hər üç aydan bir isə ölkəmizdəki milyonçuların sayı bir nəfər artır. Son illər ölkəmizdə milyonçuların artımı müşahidə olunur. Xüsusən də son 10 ildə onların sayı 10% artıb”.

Bu barədə “Exo” qəzetinə İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyib. Onun sözlərinə görə, milyonçuların artmasının səbəbi neft sektorundan gələn maliyyənin artmasıdır. “Milyonçuların çox hissəsi özəl sektorda çalışanlardır. Milyoner deyərkən isə vəsaiti bir milyon dollardan çox olan adamlar nəzərdə tutulur”, – o əlavə edib.
Ekspert deyib ki, dünyada da milyonçuların sayının artması müşahidə olunur. Təkcə ötən il ərzində dünyada milyonçuların sayı 17% artıb.
u barədə “Exo” qəzetinə İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyib. Onun sözlərinə görə, milyonçuların artmasının səbəbi neft sektorundan gələn maliyyənin artmasıdır. “Milyonçuların çox hissəsi özəl sektorda çalışanlardır. Milyoner deyərkən isə vəsaiti bir milyon dollardan çox olan adamlar nəzərdə tutulur”, – o əlavə edib.
Ekspert deyib ki, dünyada da milyonçuların sayının artması müşahidə olunur. Təkcə ötən il ərzində dünyada milyonçuların sayı 17% artıb.
Qafqazinfo.az