9 C
Baku
Sunday, December 22, 2024

Azərbaycanda 8 parametr üzrə məzunların məşğulluq reytinqi müəyyənləşdirilir

Səkkiz parametr üzrə məzunların məşğulluq reytinqi müəyyənləşdirilir.

Bunu Dövlət Məşğulluq Agentliyinin sədri Sadiq Əliyev “Grand HR” sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, önəmli layihələrdən biri məzunların məşğulluq reytinqi layihəsidir: “Əsas məqsədi həm ali təhsil müəssisələrinin, həm də işəgötürənlərin bu platformadan istifadə edərək işçi ehtiyacına uyğun şəxslərin müəyyənləşdirilməsi və ixtisas seçimi zamanı abituriyentlərin məşğulluq prizmasından doğru seçim etməsini təmin etməkdən ibarətdir”.

O bildirib ki, növbəti layihə ali təhsil müəssisələrinin karyera inkişaf mərkəzləri ilə bərabər icrası nəzərdə tutulan layihədir.

“Agentliyin icra etdiyi və dəstək göstərdiyi proqramlar işəgötürənlərə unikal imkanlar yaradır. Çünki proqramlar vasitəsilə işəgötürənlərə müəyyən maliyyə dəstəyi göstərilir, qarşılığında isə onlar əmək bazarının prinsiplərinə uyğun işsiz vətəndaşların işlə təmin edirlər”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər