Azərbaycanda 8 qurum adını və təşkilati-hüquqi formasını dəyişir.
Banker.az xəbər həmin qurumları təqdim edir:
“Şəki şəhər qarışıq tipli uşaq evi” adını və təşkilati-hüquqi formasını dəyişərək “6 saylı Uşaq evi sosial xidmət müəssisəsi” publik hüquqi şəxsinə çevrildiyini elan edir.
“O.Mirzəyev adına qarışıq tipli uşaq evi” adını və təşkilati-hüquqi formasını dəyişərək “Osman Mirzəyev adına 5 saylı Uşaq evi sosial xidmət müəssisəsi” publik hüquqi şəxsinə çevrildiyini elan edir.
“Gəncə Şəhər məktəbəqədər və məktəb yaşlı uşaqlar üçün qarışıq tipli uşaq evi” adını və təşkilati-hüquqi formasını dəyişərək “4 saylı Uşaq evi sosial xidmət müəssisəsi” publik hüquqi şəxsinə çevrildiyini elan edir.
“Xətai rayon 3 saylı uşaq evi” adını və təşkilati-hüquqi formasını dəyişərək “3 saylı Uşaq evi sosial xidmət müəssisəsi” publik hüquqi şəxsinə çevrildiyini elan edir.
“Suraxanı rayonu 2 saylı uşaq evi” adını və təşkilati-hüquqi formasını dəyişərək “2 saylı Uşaq evi sosial xidmət müəssisəsi” publik hüquqi şəxsinə çevrildiyini elan edir.
“1 saylı uşaq evi” adını və təşkilati-hüquqi forması dəyişərək “1 saylı Uşaq evi sosial xidmət müəssisəsi” publik hüquqi şəxsinə çevrildiyini elan edir.
“2 nömrəli Ailə tipli kiçik qrup evi” adını və təşkilati-hüquqi formasını dəyişərək “2 saylı Ailə tipli kiçik Qrup evi sosial xidmət müəssisəsi” publik hüquqi şəxsinə çevrildiyini elan edir.
“1 nömrəli Ailə tipli kiçik qrup evi” adını və təşkilati-hüquqi formasını dəyişərək “1 saylı Ailə tipli kiçik Qrup evi sosial xidmət müəssisəsi” publik hüquqi şəxsinə çevrildiyini elan edir.