8 C
Baku
Monday, February 9, 2026

Azərbaycanda 8 qurum ləğv olunur

Azərbaycanda fəaliyyət göstərən bir neçə melioservis və ixtisaslaşdırılmış təmir-quraşdırma idarəsi ləğv olunduğunu elan edib.
Banker.az xəbər verir ki, elanlara əsasən, aşağıdakı qurumlar fəaliyyətini dayandırır və kreditorlara iki ay müddətində tələblərini müvafiq ünvanlara təqdim etmək çağırışı edilir:

  • Qazax Melioservis İdarəsi – 3500 Qazax şəhəri, Nəriman Nərimanov küçəsi, ev 72, mənzil 1
  • Salyan Melioservis İdarəsi – AZ 5200, Salyan rayonu, Nizami 4 küçəsi
  • Bakı İxtisaslaşdırılmış Elektrik Avadanlıqlarının Təmir-Quraşdırma və Sazlama İdarəsi – AZ0100, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev pr., ev 234
  • Ucar Melioservis İdarəsi – 6116, Ucar rayonu, Qarabörk küçəsi, ev 01, mənzil 01
  • Yevlax Melioservis – 6612, Yevlax rayonu, Aran qəsəbəsi, Su Meliorasiya İstismarı İdarəsi
  • Bərdə Melioservis İdarəsi – 0900, Bərdə şəhəri, S. Zöhrabbəyov küçəsi, ev 10, mənzil 1
  • Neftçala Melioservis İdarəsi – 4700, Neftçala şəhəri, VII məhəllə küçəsi
  • Gəncə İxtisaslaşdırılmış Təmir-Quraşdırma və Sazlama İdarəsi – 2000, Gəncə şəhəri, Totanlı küçəsi 111

Qurumlar kreditorlara müraciət edərək bildiriblər ki, yaranmış öhdəliklərlə bağlı tələblərini iki ay ərzində göstərilən ünvanlara təqdim etsinlər.

Son xəbərlər
Digər xəbərlər