-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda 8 rayona ayrılan dotasiya 69% azalır

Hesablama Palatası Azərbaycan Respublikası 2023-cü ilin dövlət büdcəsi layihəsində yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən vəsait ayrılması nəzərdə tutulan rayonların sayının və vəsaitin məbləğinin azalması halını müsbət qiymətləndirməklə, burada bir çox xərclərin yerli xərclərdən çıxarılmasının da əhəmiyyətli təsirə malik olduğunu bildirir.

Bu barədə Banker.az Hesablama Palatasının “2023-cü il dövlət büdcəsi haqqında” qanuna verilən şərhə istinad edir.

Növbəti ildə 8 rayon üzrə yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən 12,3 mln. manat vəsait ayrılması proqnozlaşdırılmışdır ki, bu da 2021-ci ilin faktiki icra göstəricisindən 20,9 mln. manat və yaxud 63,0%, 2022-ci ilin proqnoz göstəricisindən isə 27,6 mln. manat və yaxud 69,2% azdır.

Vəsaitin məbləği ilə yanaşı, mərkəzləşdirilmiş xərclərdən vəsait ayrılması nəzərdə tutulan rayonların sayı da azalaraq 8-ə endirilmişdir.

Qeyd edək ki, aparılan təhlillər son illərdə mərkəzləşdirilmiş xərclərdən vəsait alan rayonların sayının azalmasına həm də bir çox təşkilatların xərclərinin yerli xərclərdən çıxarılaraq mərkəzləşdirilmiş xərclərə aid edilməsinin də təsir etdiyini dəməyə əsas verir. Ümumiyyətlə aparılan hesablamalar 2019-cu illə müqayisədə 2023-cü ildə mərkəzləşdirilmiş xərclərdən vəsait ayrılan rayonların sayının 3,6 dəfə, vəsaitin məbləğinin isə 6 dəfə azaldığını göstərir .

2 1

Cədvəldən də göründüyü kimi, əvvəlki illərdə bütün rayonlar üzrə (o cümlədən növbəti ildə vəsait ayrılması nəzərdə tutulan 8 rayon üzrə) mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsaitin icrası proqnozlaşdırılmış məbləğlə müqayisədə az olmuşdur ki, bu da növbəti ildə də həmin tendensiyanın davam edə biləcəyini deməyə imkan verir.

231331

Son xəbərlər
Digər xəbərlər