9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda 8 sığorta şirkətinin yığımları azalıb – Siyahı

2020-ci il ilə müqayisədə 2021-ci ildə Azərbaycanın 20 sığorta şirkətindən 8-nin hesabladığı sığorta haqları azalıb, 10-nun isə artıb.

Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

1 şirkət (“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC) ötən ilin fevral ayında bazarda olmadığı üçün onun yığımlarında dinamika qeydə alınmayıb.

Ən çox sığorta haqqı azalmış sığorta şirkəti “Dövlət Sığorta Kommersiya” şirkətidir (84%), ən az azalma isə “PAŞA Sığorta”da (2%) qeydə alınıb.

Yığımları ən çox artan “Xalq Həyat Sığorta” şirkətidir (2.4 dəfə), ən az artan isə “Azsığorta” şirkətidir (8%).

Onu da qeyd edək ki, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC ötən ilin fevral ayında bazarda olmadığı üçün onun yığımlarında dinamika qeydə alınmayıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “Rəvan Sığorta” ASC-yə verilmiş 15 oktyabr 2009-cu il tarixli lisenziya ləğv edilib.

09

Son xəbərlər
Digər xəbərlər