8 C
Baku
Monday, November 18, 2024

Azərbaycanda 8.3 mln. manatlıq dərman istehsalı müəssisəsi tikiləcək

Pirallahı Sənaye Parkında yeni rezident – “Supreme Pharmatech Azerbaijan” MMC qeydiyyata alınıb.

Bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib. Məlumata görə, Tailand-Azərbaycan birgə şirkəti olan “Supreme Pharmatech Azerbaijan” MMC tərəfindən Sənaye Parkının 2.5 hektar ərazisində bioloji aktiv qida əlavələrinin və dərman vasitələrinin istehsalını həyata keçirəcək müəssisə inşa ediləcək. İnvestisiya həcmi 8.3 milyon manat təşkil edən müəssisədə 56 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur. Bildirilib ki, müəssisəsədə istehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı, “Made In Azerbaijan” brendi altında ixracı da planlaşdırılır.

Qeyd edək ki, bununla da Pirallahı Sənaye Parkının rezidentlərinin sayı 6-ya çatıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər