14 C
Baku
Tuesday, October 21, 2025

Azərbaycanda 89 çeşiddə dərman vasitələri istehsal olunacaq

“Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi sahəsində həyata keçirilən tədbirlərdən biri də ölkəmiz üçün yeni sənaye sahəsi olan əczaçılıq məhsullarının istehsalı sənayesinin yaradılmasıdır. Bu məqsədlə xüsusi olaraq Pirallahı Sənaye Parkı yaradılıb”.

Bunu iqtisadiyyat naziri, Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev “AZƏRTAC”a müsahibəsində deyib.

Ş.Mustafayev qeyd edib ki, ötən ilin noyabr ayında sənaye parkında Rusiya ilə birgə müəssisənin – Almaniya və İtaliyanın aparıcı şirkətlərinin mühəndislik işlərindən istifadə olunmasını nəzərdə tutan əczaçılıq zavodunun təməli qoyulub. İnvestisiya dəyəri 74 milyon ABŞ dolları olan zavodda onkologiya, QİÇS, sinir sistemi, kardio-vaskulyar, diabet, sümük-əzələ və tənəffüs sistemi təyinatlı dərmanlar, antibiotiklər, virus və diareya əleyhinə preparatlar, həmçinin rentgen-kontrast və maqnit rezonans müayinələr üçün əlavələr istehsal ediləcək.

Ümumilikdə, zavodda birinci mərhələdə 58 təsiredici maddə üzrə 89 çeşiddə dərman vasitələri istehsal olunacaq. Zavodun illik istehsal gücü 22,5 milyon qutu və ya 500 milyon ədəd həb və kapsul təşkil edəcəkdir. Gələcəkdə istehsal daha da genişləndiriləcəkdir.

Son xəbərlər
Digər xəbərlər