Bu ilin yanvar-sentyabr aylarında iqtisadi artım 0,8 faiz təşkil edib, o cümlədən qeyri-neft sektorunda 1.1 faizlik artım olub.
Banker.az Azertag-a istinadla xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov oktyabrın 30-da keçirdiyi mətbut konfransında deyib.
Mərkəzi Bankın sədri qeyd edib ki, iqtisadi artım qeyri-neft sənayesində 10.7 faiz, kənd təsərrüfatında isə 4.3 faiz təşkil edib. İqtisadi artım həm xarici, həm daxili tələblə dəstəklənir.