2023-cü ilin yanvar-sentyabr ayında Azərbaycanda sığorta yığımlarının həcmi 937 milyon 238 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28% çoxdur.
Banker.az bu barədə AMB-yə istinadən xəbər verir.
Sığorta şirkətlərinin etdiyi ödənişlərin həcmi isə 400 milyon 387 min manat olub ki, bu da 26% artım deməkdir.
Ötən ilin eyni dövründə sığorta yığımlarının həcmi 731 milyon 220 min manat, sığorta ödənişlərinin həcmi isə 318 milyon 615 min manat olub.