8 C
Baku
Monday, December 23, 2024

Azərbaycanda 9 ayda verilən güzəştli ipoteka kreditinin məbləği açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına 365,6 milyon manat kredit verilib ki, onun da 66,5 milyon manatı güzəştli ipoteka kreditləri olub.

9 ayda adi ipoteka kreditləri hesabına 3017, güzəştli ipoteka kreditləri hesabına isə 844 ailə mənzil şəraitini yaxşılaşdırıb.

Hesabat dövründə verilmiş kreditlərin orta məbləği 94 683 manat təşkil edib.

Ümumilikdə indiyə qədər Fondun vəsaiti hesabına 3,2 milyard manat ipoteka krediti verilib ki, bu da 51 710 ailənin mənzil şəraitini yaxşılaşdırmasına imkan verib. Bu kreditlərin 931 milyon manatdan çoxu dövlət dəstəyinə ehtiyacı olan xüsusi kateqoriyaya aid şəxslərə verilmiş güzəştli ipoteka kreditləri təşkil edir. İpoteka kreditlərindən faydalananların 67%-i gənclər və gənc ailələrdir.

Şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkin ödənişlə ipoteka kreditindən faydalanmasını təmin etmək məqsədilə 1 oktyabr 2024-cü il tarixinə Fond 92,9 milyon manat məbləğində 1 077 ipoteka krediti üzrə zəmanət verib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər