Sentyabrın 16-da Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət istiqrazlarının Bakı Fond Birjasında (BFB) yerləşdirilməsi üzrə hərrac keçirir.
Banker.az bunu Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Qeyd edək ki, 2024-cü ilin dekabrından bu tərəfə 2 illik dövlət istiqrazları ilk dəfə BFB-də həəracda olacaq.
Hərrac aşağıdakı parametrlərlə təşkil olunacaq:
▫️ İSİN kodunun verilmə tarixi: 2025-ci il 04 sentyabr
▫️ Qiymətli kağızın İSİN kodu: AZ0201120026
▫️ İstiqrazın növü: Kuponlu, ortamüddətli dövlət istiqrazları
▫️ Qiymətli kağızın nominal dəyəri: 100,00 (bir yüz) manat
▫️ Qiymətli kağızın miqdarı: 200.000 (iki yüz min) ədəd
▫️ Məcmu nominal dəyəri: 20.000.000,0 (iyirmi milyon) manat
▫️ Kupon dərəcəsi: 7,0%
▫️ Tədavül müddəti: 720 gün
▫️ Kupon ödənişləri: 2026-cı il 16 mart, 2026-cı il 16 sentyabr, 2027-ci il 16 mart, 2027-ci il 16 sentyabr
▫️ Əsas məbləğin ödəniş tarixi: 2027-ci il 16 sentyabr