Azərbaycanda “Qubek Otel” İstirahət Zonası satışa çıxarılır.
Banker.az xəbər verir ki, otel, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu gün təşkil edilən hərrac vasitəsilə satışa çıxarılıb və 9 milyon 100 min manata qiymətləndirilir.
İstirahət zonası Balakən şəhəri ərazisində yerləşir, ümumi torpaq sahəsi 13400.0 kv.m, tikilinin ümumi faydalı sahəsi isə 9297.4 kv.m təşkil edir.
Qeyd edək ki, otel SOCAR-ın Sosial İnkişaf İdarəsinə məxsusdur.