12 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda 9 milyon təmassız bank kartı var

Bu il sentyabrın 1-nə olan məlumata görə, Azərbaycandakı 12.6 milyon bank kartının təxminən 9 milyonu təmassız olub.

Bunu Bakıda “Azərbaycan Fintex Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı keçirilən “Azərbaycanda fintex ekosostemi: Bu gün və sabah” adlı konfransda Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fərid Osmanov bildirib.

“Son 1 ildə bank kartlarının sayı 23 %, təmassız bank kartlarının sayı isə 55 % artıb. Hesabat dövründə təmassız ödənişlərin məbləğində 2.7 dəfə, sayında isə 2.1 dəfə artım olub. Son nəticədə kart ödənişlərində nağdsız dövriyyənin xüsusi çəkisi 12.5 faiz bəndi artaraq 41 %-ə çatıb”, – deyə o, qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər