Azərbaycanda 9 şirkətin illik ümumi yığıncağı keçiriləcək.
Banker.az xəbər verir ki, şirkətlər aşağıdakılardır:
30 iyun 2023-cü il saat 11.00-da Goranboy şəhəri, S.Vurğun küçəsi 92 nömrəli ünvanda “Goranboy ƏT” ASC səhmdarların növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
Gündəlikdəki məsələlər:
1. Cəmiyyətin 2022- ci il üçün maliyyə-təsərrüfat fəaliyyətinə aid hesabatın müzakirəsi və təsdiqi.
2. Digər məsələlər.
Yığıncağın gündəliyinə aid sənədlərlə cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq mümkündür. Yığıncaqda bütün səhmdarların şəxsiyyəti təsdiq edən sənədlə (vəkil olunmuş nümayəndələr notarial təsdiqlənmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə) iştirakı vacibdir.
*30 iyun 2023-cü il saat 11.00-da Bakı, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi 7 nömrəli ünvanda “Suraxanı Bazar” ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcəkdir.
Gündəlikdəki məsələlər:
1. Cəmiyyətin 2022-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyəti haqqında hesabat.
2. Cəmiyyətin illik dividend paylarının bölünməsi haqqında.
3. Digər məsələlər.
Yığıncağın gündəliyinə aid sənədlərlə cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq mümkündür.
Yığıncaqda bütün səhmdarların şəxsiyyəti təsdiq edən sənədlə (vəkil olunmuş nümayəndələr notarial təsdiqlənmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə) iştirakı vacibdir.
*27 iyun 2023-cü il saat 11.00-da “İnşaat Konstruksiyaları Zavodu” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
Gündəlikdəki məsələlər:
1. ASC-nin 2022-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin hesabatı.
2. Digər məsələlər.
Telefon- 077-320-03-70.
Ünvan: Bakı, Nizami rayonu, K.Balakişiyev küçəsi 2.
*30 iyun 2023- cü il saat 11.00-da Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Oktyabr küçəsi 52 nömrəli ünvanda “Neftmaştəmir” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı ASC-nin iclas zalında keçiriləcəkdir.
Gündəlikdəki məsələlər:
1. Səhmdar cəmiyyətin 2022-ci ilin yekunları ilə bağlı maliyyə-təsərrüfat fəaliyyətinin hesabatı və cəmiyyətin 2022-ci il üzrə illik hesabatlarının təsdiqi.
2. Müəssisənin zərəri haqqında məlumat.
3. Müəssisədaxili nizam-intizam qaydalarının daha da möhkəmləndirilməsi barədə.
4. ASC-nin nizamnaməsində qismən dəyişikliklər edilməsi.
5. Təşkilati məsələ- ASC-nin idarəetmə orqanlarının seçilməsi.
Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.
Eyni zamanda bildirilir ki, nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikası qanununun 3.4.4-cü bəndinə uyğun olaraq bank rekvizitlərinin, şəxsiyyət vəsiqəsinin surətini “Neftmaştəmir” ASC-nin mühasibatlığına bilavasitə, yaxud [email protected] elektron ünvanına göndərmək xahiş edilir.
*“Kəpəz Mehmanxana” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 30 iyun 2023-cü il saat 10.00-da cəmiyyətin yerləşdiyi ünvanda keçiriləcəkdir.
Gündəlikdəki məsələlər:
1. 2022-ci ilin hesabatı və maliyyə hesabatlarının təsdiq edilməsi.
2. Seçkili orqanların yenidən formalaşdırlması.
3. Digər məsələlər.
Səhmdarlar yığıncaqda müzakirə edilən məsələlərlə bağlı sənədlərlə hər həftənin iş günləri saat 13.00-dək tanış ola bilərlər.
Əlaqə telefonu- 022 – 266 – 60 – 13.
Ünvan- Gəncə şəhəri, Cavadxan küçəsi 1.
*30 iyun 2023-cü il saat 11.00-da” Qazanbulaq Mədəni Məişət” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı Goranboy rayonu, Qazanbulaq Şəhər Tipli Qəsəbədə keçiriləcəkdir.
Yığıncağın gündəliyi:
1. 2022-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına aid hesabatın müzakirəsi və təsdiqi.
2. “Qazanbulaq Mədəni Məişət” ASC-nin ləğv edilməsi.
3. “Qazanbulaq Mədəni Məişət” ASC-nin idarə heyəti sədrinin və üzvlərinin vəzifədən azad edilməsi və ləğvetmə komissiyasının (təsviyyəçinin) təyin edilməsi.
4. “Qazanbulaq Mədəni Məişət” ASC-nin ləğv edilməsi ilə əlaqədar
qanuna uyğun tədbirlərin həyata keçirilməsi haqqında qərarın qəbul olunması.
Telefon-051-513-52-90.
Yığıncağın gündəliyinə aid sənədlərlə cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq mümkündür. Yığıncaqda bütün səhmdarlar şəxsiyyəti təsdiq edən sənədlə (vəkil olunmuş nümayəndələr notarial təsdiqlənmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə) iştirak edə bilərlər.
*30 iyun 2023-cü il saat 11.00-da “Rasifoğlu ASC” səhmdarlarının XVII ümumi yığıncağı keçiriləcəkdir.
Gündəlikdəki məsələlər:
1. ASC-nin idarəetmə orqanlarının 2022-ci il üçün maliyyə-təsərrüfat fəaliyyəti barədə yekun hesabatının müzakirəsi.
2. Digər məsələlər.
Bütün səhmdarların iştirakı vacibdir.
Telefon-(02224) 5-26 -99.
Ünvan- Goranboy şəhəri, C.Cabbarlı küçəsi 5.
*30 iyun 2023-cü il saat 11.00-da “Goranboy Tikinti – Quraşdırma” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
Gündəlikdəki məsələlər:
1. Cəmiyyətin 2022-ci il üçün maliyyə -təsərrüfat fəaliyyətinin yekunlarına aid hesabatın müzakirəsi və təsdiqi.
2.Mənfəət və zərərin bölüşdürülməsi.
3.Digər məsələlər.
Yığıncağın gündəliyinə aid sənədlərlə cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq mümkündür. Yığıncaqda bütün səhmdarların şəxsiyyəti təsdiq edən sənədlə (vəkil olunmuş nümayəndələr notarial təsdiqlənmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə) iştirakı vacibdir.
Ünvan-Goranboy şəhəri, V.Bayramov küçəsi 13.
*30 iyun 2023-cü il saat 17.00-da “Bakelektromaşın”ASC səhmdarların növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
Gündəlikdəki məsələlər:
1. “Bakelektromaşın”ASC-nin 2022-ci il üçün hesabatı.
2. Səhmdar cəmiyyətin direktorlar şurasının 2022-ci il üçün hesabatı.
3. Təftiş komissiyasının hesabatı.
Səhmdarların iştirakı vacibdir.
Telefon-012-459-72-30.
Ünvan- Bakı, Qala qəsəbəsi, Qala stansiyası.