Azərbaycanda abortların sayı doğuşların sayını keçdi

Azərbaycanda 2025-ci ildə qeydə alınan abortların sayı doğuşların sayını ötüb. Son illərin dinamikası doğuşların azalması fonunda abortların sayında əhəmiyyətli artım olduğunu göstərir.

Banker.az-ın verdiyi məlumata görə, 2025-ci ildə ölkədə ölü doğulanlar da daxil olmaqla 94,7 min doğuş qeydə alınıb. Eyni dövrdə abortların sayı 95,3 min olub.

Beləliklə, hər 100 doğuşa 100,7 abort düşüb. Müqayisə üçün, 2024-cü ildə bu göstərici 77,4, 2020-ci ildə isə 27,8 olub.

Abortların sayı 2024-cü ildəki 78,2 mindən bir il ərzində 95,3 minə yüksəlib. Ən çox abort 30-34 yaş qrupunda qeydə alınıb – 27 570 hal. 25-29 yaşlı qadınlarda 26 391, 35 və daha yuxarı yaşda olan qadınlarda isə 22 860 abort qeydə alınıb.

15-19 yaş qrupunda abortların sayı 3 246 olub. Onlardan 66-sı 15-17 yaşlıların payına düşüb.

2010-cu ildə Azərbaycanda 164,7 min doğuş və 26,8 min abort qeydə alınmışdı.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər