26 C
Baku
Sunday, July 7, 2024

Azərbaycanda ABŞ kapitallı sığorta brokeri xalis mənfəətini keçən il 2.6 dəfə artırıb

“Marsh Sığorta və Təkrar Sığorta üzrə Broker” MMC-nin  (Marş) mənfəəti əhəmiyyətli dərəcədə artıb. Şirkət 2023-cü ildə 953 min manat mənfəət əldə edib ki, bu da 2022-ci ildəki 363 min manatla müqayisədə 162% artım deməkdir.

Banker.az xəbər verir ki, bu barədə 31 dekabr 2023-cü il tarixinə bitən ilin maliyyə hesabatında bildirilib.

Şirkətin mənfəətindəki bu artım bir neçə əsas amillə izah oluna bilər. İlk növbədə, broker haqları 2.052 mln. manata yüksəlib ki, bu da əvvəlki ildəki 1.683 mln. manatla müqayisədə 21.9% artım deməkdir.

Eyni zamanda, əməliyyat xərclərinin 1.060 mln. manata düşməsi də mənfəətin artımına dəstək olub. 2022-ci ildə bu xərclər 1.195 mln. manat təşkil etmişdi. Şirkət öncəki ildə xərcləri optimallaşdırmış olub.

Əlavə olaraq, 95 min manat məzənnə fərqi qazancı və 97 min manat məzənnə fərqi zərəri ilə balanslaşdırılıb. Nəticədə şirkətin vergi öncəsi mənfəəti 1.140 mln. manat olub ki, bu da 2022-ci ildəki 477 min manatdan 139% çoxdur.

“Marsh Sığorta və Təkrar Sığorta üzrə Broker MMC 2023-cü ilin sonuna şirkətin cəmi aktivləri əvvəlki illə müqayisədə 28% artaraq 6.429 milyon manat təşkil edib. Kapital və ehtiyatlar əvvəlki illə müqayisədə 0.7% azalaraq 1.426 milyon manat olub. Şirkətin cəmi öhdəlikləri isə 2022-ci illə müqayisədə 23.4% artaraq 5.003 milyon manata çatıb.

Xatırladaq ki, “Marsh Sığorta və Təkrar Sığorta üzrə Broker”i 2002-ci ildən fəaliyət göstərir və ABŞ-nin qlobal miqyasda fəaliyyət göstərən “Marsh” şirkətinin törəməsidir.

3432 3242

 

Son xəbərlər
Digər xəbərlər