22 C
Baku
Saturday, August 16, 2025

Azərbaycanda adambaşına düşən gəlir 6.7%, qiymətlər isə 5.8% artıb – DSK

Azərbaycan Respublikasında 2025-ci ilin ilk 7 ayında əhalinin hər nəfərinə düşən nominal gəlirlər illik müqayisədə 6.7 faiz artımla 4 935.6 manata yüksəlib.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bununla da son bir ayda adambaşına düşən gəlirlərin illik dinamikası sabit qalıb.

Azərbaycanda qidadan xidmət sektoruna qədər ümumi qiymətləri özündə ehtiva edən istehlak qiymətlərinin indeksi isə illik müqayisədə cəmi 5.8 faiz artıb. İyunda illik inflyasiya 5.9 faiz idi.

Əhalinin nominal gəlirləri ümumilikdə 50 milyard 514.1 milyon manat təşkil etməklə 7.2 faiz ilk yeddi aya artım göstərib.

2025-ci il 01 iyun vəziyyətinə əhalinin sayı 10 milyon 241.7 min nəfər təşkil edir ki, bu da illik müqayisədə 0.4 faizdir. Əhalinin banklardakı əmanətləri qeyd edilən tarixə 15 milyard  437 milyon manat olub.

Son xəbərlər
Digər xəbərlər