12 C
Baku
Tuesday, May 7, 2024

Azərbaycanda adambaşına düşən illik sığorta haqqı açıqlandı

Ötən il Azərbaycanda sığorta haqlarının ümumi daxil məhsulda (ÜDM) payı (penetrasiya səviyyəsi) 1%, qeyri-neft ÜDM-də isə payı 1.8% olub.

Bunu hökumətdəki mənbə bildirib.

“2021-ci ildə ölkədə adambaşına düşən sığorta haqqı 87 manat təşkil edib. Bu isə 2017-ci illə müqayisədə 37 manat çoxdur”, – deyə o, qeyd edib.

“Penetrasiya səviyyəsi Rusiyada 1.4%, Türkiyədə 1.5%, Gürcüstanda 1.4%, Qazaxıstanda 0.7%, Ukraynada isə 1.4%-dir. Əgər Avropa ölkələrinə diqqət yetirsək penetrasiya səviyyəsi orda daha yüksəkdir. Çünki bu ölkələrdə sığorta əhatəliliyi daha genişdir. Ölkələrdən asılı olaraq bu rəqəm 6.9-9.4% arasında dəyişir”,- deyə mənbə əlavə edib.

Bundan başqa, onun sözlərinə görə, son 5 ildə Azərbaycanda sığorta sektoru hər il 11%, o cümlədən həyat sığortası 2 dəfəyə yaxın, qeyri-həyat sığortası isə 6% artıb. Həyat sığortası üzrə böyük kütlə könüllü sığorta növlərindər, könüllü sığorta üzrə isə üstünlük icbari sığorta növlərindədir.

2021-ci ilin yekununda Azərbaycanda 730 sığorta agenti, 28 sığorta brokeri olub.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər