2024-cü ildə Azərbaycanda qida məhsullarının adambaşına istehlakında kiçik dəyişiklər müşahidə olunub.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ümumilikdə çörək və çörək məhsullarının istehlakı 2023-cü illə müqayisədə azalıb və 131,5 kq səviyyəsində qalıb.
Kartof və tərəvəz-bostan bitkilərinin istehlakı isə az da olsa artaraq müvafiq olaraq 77,8 kq və 113,4 kq təşkil edib.
Ət və ət məhsullarının istehlakı 36 kq-a yüksəlib, balıq məhsullarında isə kiçik azalma qeydə alınıb. Süd və süd məhsullarının istehlakı 244,9 kq-a enib, yumurta isə bir ədəd artaraq 163 ədəd olub. Meyvə və giləmeyvə, qənd və qənnadı məmulatları və bitki yağında isə mülayim artım müşahidə edilib.
| Ölkə üzrə ümumi | |||
| Məhsul | 2023 | 2024 | 2024/2023, % |
| Çörək və çörək məhsulları | 133,16 | 131,51 | 98,8 |
| Kartof | 77,58 | 77,76 | 100,2 |
| Tərəvəz və bostan bitkiləri | 112,19 | 113,41 | 101,1 |
| Ət və ət məhsulları | 35,90 | 36,07 | 100,5 |
| Balıq və balıq məhsulları | 7,83 | 7,81 | 99,7 |
| Süd və süd məhsulları | 248,66 | 244,88 | 98,5 |
| Yumurta (ədəd) | 162,0 | 163,0 | 100,6 |
| Meyvə və giləmeyvə | 84,40 | 84,51 | 100,1 |
| Qənd və qənnadı məmulatları | 31,14 | 31,21 | 100,2 |
| Bitki yağı və marqarin | 10,88 | 10,91 | 100,3 |
Şəhər yerlərində əhalinin qida məhsullarına tələbatı ümumi olaraq stabildir. Çörək və çörək məhsulları 126,2 kq ilə bir az azalıb. Tərəvəz və bostan bitkiləri, ət və ət məhsulları, balıq məhsulları, meyvə və giləmeyvə, qənd və qənnadı məmulatları, bitki yağı və marqarin isə artım göstərib. Süd məhsulları 243,6 kq ilə azalıb, yumurta isə dəyişməz qalıb. Şəhər əhalisi arasında ən çox artan məhsullar tərəvəz-bostan bitkiləri və balıq məhsullarıdır.
| Şəhər yerlərində | |||
| Məhsul | 2023 | 2024 | 2024/2023, % |
| Çörək və çörək məhsulları | 127,60 | 126,20 | 98,9 |
| Kartof | 78,35 | 78,41 | 100,1 |
| Tərəvəz və bostan bitkiləri | 112,67 | 114,18 | 101,3 |
| Ət və ət məhsulları | 36,27 | 36,49 | 100,6 |
| Balıq və balıq məhsulları | 7,49 | 7,54 | 100,7 |
| Süd və süd məhsulları | 246,92 | 243,56 | 98,6 |
| Yumurta (ədəd) | 161,0 | 161,0 | 100,0 |
| Meyvə və giləmeyvə | 85,12 | 85,26 | 100,2 |
| Qənd və qənnadı məmulatları | 30,27 | 30,35 | 100,3 |
| Bitki yağı və marqarin | 11,10 | 11,13 | 100,3 |
Kənd yerlərində isə çörək və çörək məhsullarının istehlakı azalıb, amma kartof, tərəvəz-bostan bitkiləri, ət və ət məhsulları, qənd və bitki yağı istehlakı artıb. Süd məhsulları kənd əhalisi arasında da 246,5 kq ilə azalıb, balıq məhsulları isə 8,14 kq-a düşüb. Yumurtanın istehlakı dəyişməz qalıb. Kənd yerlərində ən çox artan məhsullar kartof, tərəvəz-bostan bitkiləri və bitki yağıdır.
| Kənd yerlərində | |||
| Məhsul | 2023 | 2024 | 2024/2023, % |
| Çörək və çörək məhsulları | 139,86 | 137,87 | 98,6 |
| Kartof | 76,65 | 76,98 | 100,4 |
| Tərəvəz və bostan bitkiləri | 111,61 | 112,48 | 100,8 |
| Ət və ət məhsulları | 35,46 | 35,57 | 100,3 |
| Balıq və balıq məhsulları | 8,24 | 8,14 | 98,8 |
| Süd və süd məhsulları | 250,76 | 246,47 | 98,3 |
| Yumurta (ədəd) | 164,0 | 164,0 | 100,0 |
| Meyvə və giləmeyvə | 83,53 | 83,62 | 100,1 |
| Qənd və qənnadı məmulatları | 32,18 | 32,23 | 100,2 |
| Bitki yağı və marqarin | 10,61 | 10,65 | 100,4 |







