14 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda adambaşına düşən ÜDM son səkkiz ildə ilk dəfə $8 000-ə çatdı

2022-ci ildə Azərbaycanda ümumi daxili məhsulun həcminin tarixdə ilk dəfə 134 mlrd. manata ($78.7 mlrd.) çatması ardından adambaşına düşmədə də kəskin artım qeydə alınıb.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadla xəbər verir.

Belə ki,  adambaşına düşən ÜDM isə manatla tarixi maksimuma çatsa da, ABŞ dolları ilə ifadədə 2014-cü ildəki zirvədən hələ ki aşağıdır.

2022-ci ildə 13 292.2 manat adambaşına ÜDM təşkil edib və bu ABŞ valyutasına cari (1.7000) məzənnəsi ilə konvertasiyada $7 818.9-dur.

ABŞ dolları ilə ifadədə ötən il adambaşına düşən ÜDM $5 388 idi.42424423423

Qeyd edək ki, manatın hələ devalvasiyalar yaşamadığı 2014-cü il üzrə ölkənin adambaşına düşən ÜDM-i $7 891 idi. 2014-cü il bitərkən USD/AZN cütlüyünün məzənnəsi 0.78 səviyyəsində idi. 2015-ci ilin fevralındakı ilk devalvasiyadan sonra dollar/manat cütlüyü paritetə, daha 2015-ci ilin sonu isə 1.5000 səviyəsindən yuxarı qalxdı.

Son xəbərlər
Digər xəbərlər