Azərbaycanda adında “Bayraktar” sözü olan yeni şirkətlər yaradılıb.
Banker.az xəbər verir ki, bu şirkətlər “Bayraktar Medikal və Sanaye” MMC və “Bayraktar” MMC -dir.
Bildirək ki, “Bayraktar” MMC-nin nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi İlham İslam oğlu Qəribovdur. Bu şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 4, mənzil 35-dir.
“Bayraktar Medikal və Sanaye” MMC-nin isə nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi isə Türkiyə vətəndaşı Muhammed Okan Alcandır. Yeni şirkəti hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, ev 104, mənzil 3 ünvanında fəaliyyət göstərəcək.