16 C
Baku
Saturday, November 2, 2024

Azərbaycanda Aİ-92 markalı benzinin və dizelin aksiz dərəcəsi artırıldı

Azərbaycanda Aİ-92 markalı benzinin aksiz dərəcəsi artırılıb.

Bu, Nazirlər Kabineti “Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə bağlı bəzi məsələlər haqqında” qərarında əksini tapıb.

Qərara əsasən, Aİ-92 avtomobil benzininin aksiz dərəcəsi 42 faizdən 42,5 faizə, dizel yanacağının aksiz dərəcəsi 18 faizdən 18,3 faizə qaldırılıb.

Nazirlər Kabinetindən verilən açıqlamaya görə, “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Tarif Şurasının 2022-ci il 26 iyul tarixli 4 nömrəli Qərarı ilə ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının istehsalçı tarifi 695,75 manatdan 689,78 manata endirilib. Nəticədə, istehsalçı tarifindən yanacağın hər tonuna görə hesablanan və dövlət büdcəsinə ödənilən aksiz vergisinin məbləğində azalma baş vermişdir. Həmin azalmanın kompensasiya edilməsi məqsədilə, “Neft məhsullarının qüvvədə olan aksiz dərəcələrinin səviyyəsinin dəyişdirilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 fevral tarixli 35 nömrəli Qərarında dəyişiklik edilib.

Son xəbərlər
Digər xəbərlər