Daxili pivə istehsalına aksiz vergisinin 150% artırılması “Carlsberg Azerbaijan”ın gəlirliliyini təhlükə altına qoyur və şirkətin Azərbaycanda bağlanmasına gətirə bilər. Şirkətin baş direktoru Vyaçeslav Maltsev belə hesab edir.
“Açığını desək, bu təşəbbüs nəinki şirkətimizin gəlirliliyini, hətta bazarda fəaliyyətimizin davam etməsini təhlükə altına qoyur. Biz çox ümid edirik ki, hökumət tərəfindən aksizlərin artırılmasına yanaşmaya təkrar baxılacaq və pivə kateqoriyası üçün artım, sərt alkoqola nisbətən daha aşağı olacaq”, – Maltsev şirkətin mətbuat xidmətinə müsahibəsində bəyan edib.
O, həmçinin qeyd edib ki, pivə üçün aksizin 0,2 manatdan 0,5 manatadək (150%) birdəfəlik artımı pivə istehsalçılarının kəskin artan xərclərini ödəmək iqtidarında olmaması səbəbindən məhsulun qiymətinin bahalaşmasına gətirəcək.
“Müvafiq olaraq, kateqoriya kimi pivə kifayət qədər bahalı və orta gəliri olan istehlakçı üçün əlçatmaq olacaq. Digər tərəfdən, Qərbi və Şərqi Avropa ölkələrinin təcrübəsi göstərir ki, bir qayda olaraq aksizin artırılması ölkədə kölgə bazarının inkişafına aparır. Bu, son illər ərzində dövlətin uğurla həyata keçirdiyi ağartma istiqamətində addımlarına ağır zərbə ola bilər”, – o bildirib.
Maltsevin sözlərinə görə, kölgə bazarının inkişafı əhalinin sağlamlığına da mənfi təsir göstərəcək. O qeyd edir ki, bir tərəfdən kölgə bazarı yalnız vargilərdən yayınmır, həm də çox vaxt hətta minimum tələblərə cavab verməyən məhsul istehsal edir, demək ki, istehlakçıların sağlamlığı üçün təhlükəlidir.
“Digər tərəfdən, sərt alkoqolun əlçatan və zəif alkoqolun baha olması uzunmüddətli perspektivdə əhalinin alkoqollaşdırmasına səbəb olur”, – o bildirib.
Maltsev həmçinin qeyd edib ki, nəticədə pivə ixtisaslaşmış məhsula çevriləcək və bu Azərbaycanda bütövlükdə pivə kateqoriyasının kollapsına gətirəcək.
Onun rəyinə görə, aksiz markası ilə markalanma sektorunun tənzimlənməsi nöqteyi-nəzərindən Avropa üzrə orta nisbəti (zəif və sərt alkoqol arasında 1:3-ə bərabərdir) optimal və səmərəli hesab etmək olar.
“Əfsuslar olsun ki, hazırda Azərbaycanda bu nisbət yalnız 1:1,25 təşkil dir, bu da optimal yanaşmadan iki dəfə azdır. Vergi Məcəlləsinə yuxarıda qeyd olunan dəyişikliklərin qəbulu halında, nisbət 1:0,8 təşkil edərək, yalnız ağırlaşacaq, bu da ölkədə alkoqollu içkilərin istehlakı strukturuna mənfi təsir göstərəcək”, – Maltsev bildirib.