Azərbaycan hökuməti gələn il aksizlər üzrə daxilolmaların 1 milyard 373 milyon manat təşkil edəcəyini proqnozlaşdırır.
Bu barədə “2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilir.
Sənədə əsasən, bu, 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 7.5 % çoxdur.
Gələn il aksiz vergisinin 1 milyard 201 milyon manatını İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 172 milyon manatını isə Dövlət Gömrük Komitəsi yığmalıdır. Bunlar isə bu ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə müvafiq olaraq 8.5 % və 1.2 % çoxdur
2023-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 30 milyard 720.7 milyon manat, xərclərinin isə 33 milyard 300 milyon manat olacağı gözlənilir. Bunlar, 2022-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 5.2 % və 3.1 % çoxdur. Son nəticədə dövlət büdcəsində 2 milyard 579.3 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 16.95 % azdır.