2026-cı ilin əvvəlindən Azərbaycanda aktiv vergi ödəyicilərinin, aktiv ƏDV ödəyicilərinin və aktiv təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb.
Banker.az-ın Dövlət Vergi Xidmətinə istinadən verdiyi məlumata görə, 1 iyul 2026-cı il tarixinə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,2% artaraq 887 129 olub.
Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayında daha yüksək artım qeydə alınıb. Belə ki, aktiv ƏDV ödəyicilərinin sayı 5,1% artaraq 61 368-ə çatıb.
Eyni tarixə aktiv təsərrüfat subyektlərinin, yəni obyektlərinin sayı isə 4% artıb və 242 208 təşkil edib.







