9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 778 minə çatıb

Azərbaycanda iyulun 1-dən Rəqabət Məcəlləsinin tətbiqi dinamik, inklüziv və dayanıqlı iqtisadi artımı dəstəkləyəcək, işğaldan azad edilmiş ərazilərin dirçəldilməsinə əlavə imkanlar açacaq.

Bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov Bakıda keçirilən I Milli Rəqabət Forumunda bildirib.

“Qanunun tətbiqi ilə bazar iştirakçılarının sayı artacaq, yerli təsərrüfat subyektlərinin rəqabətqabiliyyətliliyi yüksələcək, innovasiya fəaliyyətinin, özəl sektorda rəqəmsallaşmanın tətbiqi genişlənəcək”, – deyə o qeyd edib.

“Beynəlxalq təcrübə əsasında hazırlanmış Məcəllənin tətbiqi müxtəlif sektor və bazarlarda effektiv tənzimləmə imkanlarını genişləndirəcək. Nəticədə sahibkarlar üçün əlverişli işgüzar mühit formalaşacaq. Rəqabətin təmin olunması ilə birlikdə investisiya cəlbediciliyinin artmasından irəli gələn yeni sərmayə qoyuluşları son nəticədə yeni istehsal müəssisələrinin yaradılması, iş yerlərinin açılması və əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə əhəmiyyətli töhfə verəcək.Rəqabət Məcəlləsi kiçik və orta biznes subyektlərinin inkişafının təmin edilməsi, onların bazara girişinin asanlaşdırılması üçün geniş tənzimləmə mexanizmlərini əhatə edir”, – deyə nazir müavini əlavə edib

O, həmçinin deyib ki, Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 778 minə çatıb: “Bunun da əsas hissəsi kiçik və orta sahibkarlıq subyektləridir”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər