Bu il aprel ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 2.7% artaraq 683 231 təşkil edib.
Banker.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Dövlət Xidmətindən verilən məlumata əsasən, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 3.2% artıb və 35 807 təşkil edib. Həmçinin, aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 0.7% artaraq 184 610 təşkil edib.