2022-ci il iyul ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3.4% artaraq 688 011 olub.
Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 6.8% artıb və 37 029 vahid təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 2.4% artaraq 187 680-a çatıb.