Bu il Azərbaycanda bəzi ali təhsil müəssisələrinin xərclərinin qismən qarşılanması üçün dövlət büdcəsində 100,1 milyon manat subsidiya nəzərdə tutulub.
Bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilib.
Məlumata görə, bu, ötən illə müqayisədə 5,3 % çoxdur.
2026-cı ildə Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılmasının genişləndirilməsi ilə bağlı xərclər isə 2025-ci illə müqayisədə eyni – 38,3 milyon manat səviyyəsində proqnozlaşdırılır.
Xatırladaq ki, ötən il Hesablama Palatası “Elm və Təhsil Nazirliyinin təhsil sisteminin informasiyalaşdırılması fəaliyyətinin səmərəliliyi və nəticəliliyinin auditinin nəticələrinə dair Auditor hesabatı” hazırlayıb.
Azərbaycanda 51 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan 42-si – dövlət ali təhsil ocağıdır.





