Cari ilin ilk 6 ayı ərzində aliment tələbinə dair 11 319 məhkəmə qərarı daxil olub.
Bu barədə Ədliyyə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, icraatda olan aliment işləri üzrə 4 259 nəfər axtarışdadır. İnzibati qaydada həbs olunan şəxslərin sayı 1 051 nəfər, cinayət məsuliyyətinə cəlb olunan şəxslərin sayı isə 98 nəfərdir.