6 C
Baku
Thursday, January 9, 2025

Azərbaycanda alkoqollu içki istehsalçısı 54 mln. gəlir, ₼2 mln. xalis mənfəət əldə edib

Azərbaycanda spirtli içki istehsalçısı olan “A+Co” ASC-nin 2023-cü il üzrə şirkətin xalis mənfəəti 1.9 milyon manat olub.

Banker.az şirkətin illik audit hesabatına istinadən xəbər verir ki, bu göstərici 2022-ci ildəki 2 milyon manata nisbətdə 7.6%-lik azalma deməkdir.

2023-cü ildə “A+Co” ASC-nin ümumi gəlirləri 54.4 milyon manat təşkil edib ki, bu da 2022-ci ildəki 31.7 milyon manatla müqayisədə 71%-lik artım deməkdir.

Bununla belə, maya dəyəri xərcləri 43.7 milyon manat səviyyəsində olduğu üçün ümumi mənfəət 66%-dən çox azalıb və 10.8 milyon manata düşüb. 2022-ci ildə isə bu rəqəm 31.7 milyon manat olmuşdu.

Şirkət 2023-cü ildə inzibati və ümumi xərcləri optimallaşdıraraq 6.8 milyon manata qədər azaldıb. Bu göstərici 2022-ci ildəki 11.5 milyon manatla müqayisədə 41%-lik azalma deməkdir. Lakin debitor borclar üzrə gözlənilən itki 2023-cü ildə 2.2 milyon manat olub, bu da ümumi mənfəətə mənfi təsir göstərib.

“A+Co” ASC-nin ümumi aktivləri 2022-ci illə müqayisədə 4%-lik artımla 82.7 milyon manata çatıb. Uzunmüddətli aktivlər 7%-dən çox artaraq 28.9 milyon manat olub, cari aktivlər isə 2% artımla 53.8 milyon manata yüksəlib.

Eyni zamanda, şirkətin cəmi öhdəlikləri 42%-lik artımla 39.4 milyon manata çatıb. Bununla yanaşı, kapital göstəriciləri 9.6% azalıb və 43.3 milyon manat təşkil edib. Digər tərəfdən, bölüşdürülməmiş mənfəət göstəricisi mənfiyə çevrilərək 285.5 min manat olub.

Xatırladaq ki, Şirkət 1997 – ci ildə nar şirəsi xammalının istehsalı və satışı ilə fəaliyyətə başlamışdır. Hazırda onun 200 min manat nizamnamə kapitalının 100 faizi Məhayət Nəbiyev adlı fiziki şəxsə məxsusdur. 2006 – cı ildən şirkət A+CO MMC adı ilə spirtli məhsulların istehsalına dair lisenziya alıb və bu adla fəaliyyətinə davam edir. A+CO 2012 ci ildən spirt məhsulunun, 2016 – cı ildən isə viski məhsulları istehsalını da həyata keçirməyə başlamışdır. Bir müddət sonra şirkətdə yeni istehsal xətti – dəmir banka xətti, qurulmuşdur. 2022 – ci ildən etibarən şirkətin hüquqi statusu dəyişərək MMC – dən ASC – ə keçid edib. Hal hazırda dəmir banka və şüşə istehsal xəttləri fəaliyyət göstərir. Banka xəttində enerji içkiləri, sərinləşdirici qazlı içkilər, soyuq çaylar, 8% – lik spirtli kokteyl içkiləri , şüşə xəttlərdə isə 5 % lik alkoqollu kokteyl içkiləri, çaxır, vodka, viski, konyak, spirt istehsalı mövcuddur.

İçkilərdən əlavə olaraq A+CO şirkəti həmçinin “Pancofee” məhsullarının Azərbaycandakı rəsmi distributorudur.

Son xəbərlər
Digər xəbərlər