Maliyyə texnologiyalarının sürətlə inkişaf etməsi Azərbaycan bankları üçün yeni çağırışdır. Bunu Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən “Post-neft dövründə bank sisteminin inkişafı: yeni çağırışlar və perspektivlər” adlı forumda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
Onun sözlərinə görə, bank sistemi sürətlə rəqəmsallaşır, alternativ bankçılıq yaranır və yerli banklar işinə bu tendensiyaya uyğun qurmalıdır: “Həmçinin, əhalinin davranış modeli sürətlə dəyişir, kommunikasiya texnologiyalarından istifadə genişlənir və bu, bankları işini müasir tələblərə uyğun qurmağa sövq edir. Bununla yanaşı, bank əməliyyatlarının modelində dəyişikliklər baş verib və bu, üniversal bankların fəaliyyətinin tənzimlənməsini daha vacib amil kimi ortaya qoyur”.
Report