Azərbaycanda alternativ enerji mənbələrindən istifadə 2026-cı ilə kimi 24%-ə, 2030-cu ilə kimi 30%-ə çatacaq.
Bunu “Yaşıl iqtisadiyyat” kitabının təqtimat mərasimində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı dirketoru Vüsal Qasımlı deyib. O qeyd edib ki, bu, ölkə Prezidentinin təsdiqlədiyi “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda yer alıb.
Sənədə əsasən, yaxın 4 ildə ölkədə “yaşıl örtüy”ün payının 12%-dən 12,3%-ə çatdırılması, istifadəyə yararsız torpaqların payının 25%-dən 15%-ə qədər endirilməsi nəzərdə tutulub. 2026-cı ilə qədər əhalinin içməli su ilə təminat səviyyəsi 70%-dən 85 %-ə, suvarma suyu ilə təminat səviyyəsi isə 80%-dən 90 %-ə çatdırılacaq.
V. Qasımlı göstərilən hədəflərə çatmaq üçün hökumət, beynəlxalq inkişaf partnyorları və sahibkarların nümayəndələrinin birgə çalışmalı olduğunu vurğulayıb.