2025-ci ilin ilk rübündə Azərbaycandan istehsal olunan alüminium məmulatlarının miqdarı 15 572,15 ton təşkil edib.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə (2024-cü ilin ilk rübü – 14 716,24 ton) 855,91 ton və ya təxminən 5,8% artım deməkdir.
Qeyd edək ki, 2024-ci ilin ilk üç ayında bu məhsulların ixracından ölkəyə 197,2 milyon ABŞ dolları dəyərində valyuta daxil olub.
Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin eyni dövründə bu göstərici 44.02 milyon dollar təşkil edirdi.