10 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda “Amec Services Limited”də çalışan şəxs pul mənimsədi

Bakı Ağır Cinayətlər Məhkəməsində Böyük Britaniyanın Azərbaycanda fəaliyyət göstərən “Amec Services Limited” şirkətinin baş mühasibi və maliyyə menecerinin müavini işləmiş Fuad Əfəndiyevin məhkəməsi keçirilib.

İclasda məlum olub ki, iş üzrə şahidlərin bir neçəsi əcnəbi vətəndaşlardır və onlar hazırda Azərbaycanda yaşamırlar.

Proses oktyabrın 25-də davam edəcək.

Bu iş üzrə məhkəmə prosesi bir müddət əvvəl başlayıb. F. Əfəndiyev özünü təqsirli bilməyib.

Qeyd edək ki, cinayət işinin başlanmasına “Amec plc” şirkətinə məxsus üç şirkətin – Amec MMC, AMEC Resources Limited və AMEC Services Limited şirkətlərinin fəaliyyətləri dövründə qeyri-qanuni ödənişlərin aparılması barədə edilən müraciət səbəb olub.

İstintaq zamanı külli miqdarda pul vəsaitinin qanunsuz olaraq müxtəlif ölkələrdəki şirkətlərə köçürülməklə leqallaşdırıldığı məlum olub.

F. Əfəndiyev mənimsəmə və digər cinayətlərdə ittiham edilir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər