Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azerbaijan”) Direktorlar Şurasına və Prezidentliyinə seçkilər keçirilib.
Bu barədə Palatadan bildirilib.
Məlumata görə, Nərgiz Nəsrullayeva – Müdüroğlu Amerika Ticarət Palatasının ilk qadın prezidenti seçilib.
Nərgiz Nəsrullayeva Harvard Kennedi Məktəbinin məzunudur, dövlət və özəl sektorda 25 il iş təcrübəsi var. Bundan əlavə, o, Dövlət Neft Fondunun (ARDNF) icraçı direktorunun müşaviridir.
Onu da qeyd edək ki, Nərgiz Nəsrullayeva bundan əvvəl 11 il “AmCham Azerbaijan”ın icraçı direktoru olub.