15 C
Baku
Friday, March 29, 2024

Azərbaycanda analoqu olmayan hidrokullerlərin istehsalına başlanılıb

Meyvə və tərəvəzlərin uzunmüddətli saxlanılmasını təmin etmək üçün onların şok soyutması (əmtəə görünüşünün uzun müddət saxlanılması üçün soyutma üsüulu) vacibdir. Dünyada şoklanma üçün hidrokullerlər istifadə edilir. Lakin bu sahədə bir sıra problemlər mövcuddur. Bəzi Avropa ölkələrinin istehsalçıları suçiləmə sistemini eyni qaydada, bir boru vasitəsilə həyata keçirirlər ki, bu da suyun bərabər paylanmasını tam təmin edə bilmir. Nəticədə lentin üzərində hərəkət edən meyvələrin bir qismi şoklamanı tam ala bilmir, çünki şoklanma üçün tətbiq edilən avadanlıqlarda filtr sistemi vannadakı su kütləsinin həcminə uyğun deyil. Buna görə də iş saatı ərzində filterlərin bir neçə dəfə təmizlənməsi zərurəti yaranır. Hidrokuler vasitəsilə soyudulmuş suyun hərarətinin vannada stabil olaraq 0,5-1 dərəcə arasında qalması mümkün olmur, hətta konveyer xəttinin sürətini azaltmaq da bu problemi aradan qaldırmır. İstehsalçılar saatda 3-5 ton keçirici gücdən artığına nail ola bilmirlər.

Azərbaycanda “Agro Systems Manufacturing” MMC tərəfindən dünyada analoqu olmayan hidrokullerlərin istehsalına başlanılıb. Şirkətin baş direktoru Köçəri Həsənov açıqlamasında istehsal etdikləri hidrokulerin ilk dəfə Hollandiyada yaradıldığını bildirib:

“2017-ci idən komandamız Azərbaycanda hansı kənd təsərrüfatı avadanlıqlarının istehsalının mümkün olub-olmadığını araşdırmağa və bu sahədə müəyyən işlər görməyə başladı. Elə həmin ildən kənd təsərrüfatı sektorunda, xüsusilə meyvələrin dərildikdən sonra saxlama problemlərini nəzərə alaraq müəyyən işlər görməyə qərar verdik. Nəticədə yeni bir hidrokuler istehsal etdik. Bizim istehsal etdiyimiz hidrokuler ilk dəfə Hollandiyada yaranıb və çəyirdəkli meyvələrdə dərildikdən sonra sürətlə dəymə prosesinin getməsinin qarşısını alan aparatdır. Məsələn, gilas meyvəsi ağacdan dərildikdən sonra 4 saat ərzində onda sürətlə dəymə prosesi getməyə başlayır. O, öz şirəsini dənəsinə verməyə başlayır. Bu da həmin meyvəni istehlakçıların qarşısına çıxartmağa mane olur. Bu, həm də çox xarici dövlətlərə meyvə nəql etmək üçün böyük problem idi. Artıq bu meyvələrin çəyirdəyini 2 dərəcəyə qədər soyutmaqla onların saxlanma müddətini 5-6dəfə artırmaq mümkündür. Hazırda bu avadanlığı İtaliya, Hollandiya, Almaniya, Türkiyə, Sloveniya istehsal edir. Ukrayna da bunu istehsal etməyə başlamışdı. Azərbaycan bu hidrokulleriləri istehsal edən 7-ci ölkədir”.

K.Həsənov ölkəmizdə istehsal edilən hidrokulerin üstünlüklərindən danışıb:

“Çox uzun araşdırmalardan sonra bu sistemdə inqilabi dəyişikliklər etdik. Bu sistemdə istifadə edilən materialların innovativ texnologiyalara söykənmiş tədbiqini tapdıq və onun soyutma sistemlərini tamamilə dəyişdik. Bu, dünyada analoqu olmayan bir sistemdir. Hazırda yalnız bizim şirkətin eksklüziv sifarişi ilə hazırlanan soyutma sistemləri bizə imkan veir ki, saatda5 ton deyil, 10 ton meyvə soyuda bilək və suyun hərarətini vannamızda 5-6 dərəcə deyil, 0,5 dərəcədə stabil saxlaya bilək. Meyvələr konveyer üzərindən hərəkət etməsi nəticəsində onun üzərinə töklülən 0,5 dərəcə temperaturda olan su vasitəsilə meyvələrin çəyirdəyi 2 dərəcəyə qədər soyudulur. Bizdən başqa istehsalçıların heç birində bu alınmır. Bizim istehsal etdiyimiz hidroküllerilər dünyada analoqu olmayan bir sistemdə qurulub.

Qiymət baxımından da biz 40 % ucuz qiymətə məhsul təklif edirik. Dünyada ən ucuz hidroküler 150 min ABŞ dollarına təklif olunur. Bizdə isə qiymətlər 65 min ABŞ dollarından başlayır. Bizim satdığımız saatda 10ton meyvə soyudan hidorkulerin qiyməti 100 min ABŞ dollarına yaxındır. Bunun dünyada analoqu yoxdur. Dünya bazarında 5 ton keçiricilik qabiliyyətinə malik hidroküler 135 min ABŞ dollarına təklif edilir. Biz onu 68 min ABŞ dollarına təklif edirik”.

Şirkət rəhbəri soyuducu sistemlərin komplektlərini İtaliyadan gətirdiklərini qeyd edib:

“Bəzi detallar isə Türkiyədən gəlir. Ancaq modulun, konveyer sisteminin qurulması , bütün texnoloji proseslərin təmin edilməsi yerli istehsalata aiddir və komandamız sınaq məqsədi ilə 6-cı hidokuleri istehsal edib.

Hidrokülerimiz bütün sənədlərlə təmin olunub. Biz uyğunluq sertifikatı və texniki pasport almışıq. Fermerlərimiz bu avadanlıq üçün dövlət subsidiya proqramlarından da yararlana bilərlər. Biz dövlət yanında akkreditasiya olunmuş bir şirkətik”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər