5 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda Ani Ödənişlər Sistemi bu il istifadəyə veriləcək

Azərbaycanda Ani Ödənişlər Sistemi cari ildə istismara veriləcək.

Bunu Bakıda keçirilən “Visa Cashless Forum”unda çıxış edən Azərbaycan Mərkəzi Bankın (AMB) baş direktoru Fərid Osmanov deyib.

Onun sözlərinə görə, bu sistem 5-10 saniyə ərzində 24/7 vaxt çərçivəsində ödənişlərin emalını və subyektivlərə çatdırılmasını təmin edəcək.

“Digər tərəfdən “Nağdsız Azərbaycan” devizi altında biz müasir innovativ həllərin ölkəyə gətirilməsi istiqamətində çalışırıq. Onlardan biri “blockchain” texnologiyasının ölkəyə gətirilməsidir. Bunun əsasında həm hüquqi, həm də fiziki şəxslər üçün nəzərdə tutulan məsafədən bank hesablarının açılması prosesi tam avtomatlaşdırılıb və artıq real istifadəyə verilməyə hazırdır. Bu layihənin də qısa aylar çərçivəsində istifadəyə verilməsi gözlənilir”, – deyə F. Osmanov qeyd edib.

©APA

Son xəbərlər
Digər xəbərlər